Gürcüstan müxalifəti ikinci turda Vaşadzeni dəstəkləyəcək

 Gürcüstan müxalifəti ikinci turda Vaşadzeni dəstəkləyəcək
  30 Oktyabr 2018    Oxunub:3030
Prezident seçkilərinin ikinci turunda “Avropalı Gürcüstan” partiyası “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyəcək.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri prezidentliyə namizəd, “Avropalı Gürcüstan” partiyasının lideri David Bakradze oktyabrın 29-da keçirdiyi brifinqdə söyləyib.

Bakradze deyib: “Əgər seçkilərin nəticələri ilə bağlı bugünkü mənzərə təsdiq olunsa, seçkilərin ikinci turunda Qriqol Vaşadze mübarizə aparsa, biz onu dəstəkləyəcəyik. Mən bütün tərəfdaşlarımı Qriqol Vaşadzeni dəstəkləməyə çağırıram”.

David Bakradze seçkilərin ilkin nəticələrində 10,97 faiz səs toplayıb və məğlubiyyətini etiraf edib.

Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaqlar.

Azvision.az


Teqlər: Gürcüstan   Müxalifət  





Xəbər lenti