“Nar”ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır
Mobil operator 2018-ci il ərzində bölgələrdə 330-dan şox yeni baza stansiya qurub. Qurulan yeni stansiyalarının 230-a yaxın 4G, 100-dən çoxu isə 3G baza stansiyasıdır. Ümumilikdə “Nar” 2018-ci ildə ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində yüksək sürətli 4G texnologiyasının tətbiqinə nail olub. “Yerlim” tarifi haqqında ətraflı məlumatı https://www.nar.az/yerlim internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Azvision.az