Sürüşmə zonasında gərginlik davam edir

Sürüşmə zonasında gərginlik davam edir
  23 Oktyabr 2018    Oxunub:1163
Badamdarda sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision.az-a verilən məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Azvision.az




Teqlər: ETSN   Badamdar   Sürüşmə  





Xəbər lenti