“Mənim heç vaxt şəxsi həyatım olmayıb” - Türkan Şoray

“Mənim heç vaxt şəxsi həyatım olmayıb” - Türkan Şoray
  19 Oktyabr 2018    Oxunub:15342
Türkiyənin tanınmış kino aktrisası, "Yeşilçam" ulduzu Türkan Şoray həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, aktrisa bütün həyatını filmlərə həsr etdiyini deyib. Bildirib ki, onu digər oyunçulardan fərqləndirən cəhət şəxsi həyatının olmamasıdır.
Sevimli aktrisa gəncliyində hər gün çəkilişlərdə olduğunu, həyatını rol aldığı filmlərlə yaşadığını söyləyib. T.Şoray ailəsinin maddi durumu yaxşı olmadığına görə, 15 yaşından işləməyə başlayıb. O, bir çox çətinliklərlə üzləşsə də, heç vaxt sevimli sənətindən ayrı qalmayıb.



“7 yaşımda getdiyim açıq hava filmindən çox təsirlənmişdim. Lakin kinonun necə möcüzə olduğunu, onun necə istəyə çevrilməyini bilmədən işə başladım. Çünki ailəmin pula ehtiyacı var idi. Daha sonra filmlərdəki həyatları canlandırmaq getdikcə məni cəlb etməyə başladı. Məsələn, ilk dəfə "Acı həyat" filmində aşağı təbəqədən gələn, əziyyət çəkən və uşaqlığından bu günə qədər xoşbəxt həyat sürməyən bir manikurçu qızı canlandırırdım. Rejissor mənə heç nəyi başa salmadan həmin rolu oynamışdım. Hətta bu filmlə Antalya Film Festivalında “Ən yaxşı qadın oyunçu” olaraq ilk mükafatımı almışdım. Hər gün film çəkilişləri olurdu və bu, artıq həyatımın ən ayrılmaz hissəsinə çevrilmişdi. Filmlərdə sevginin ən gözəlini, hisslərin ən dərinini yaşayırdım”.



Sənətçi "Yeşilçam"ı bilmədən bu gün film çəkməyin mümkünsüz olduğunu deyib. ““Sinemam və Ben” kitabını bugünkü gənclərin nə qədər böyük imkanlara sahib olduqlarını bilmələri və bunu doğru dəyərləndirmələri üçün yazdım. Biz film meydançasına 15 nəfər olaraq gedərdik. Amma son çəkildiyim filmdə 10 karvan, yemək şirkəti, iki kamera və s. var idi. Yəni bizim dövrümüzdə “yoxlar” çox idi”.





Aytən Zəhra
Azvision.az


Teqlər: Türkan-Şoray  





Xəbər lenti