Vahid büdcə təsnifatında edilən dəyişikliklər açıqlandı
"Dövlət və icmal büdcələrinin strukturunda edilən əlavə və yeniliklərə (büdcə qaydasının tətbiqi, “Sosial sığorta haqqında” Azərbaycan Respulikası Qanunundan irəli gələn məsələlər və s.) müvafiq olaraq büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı 14-dən 12-yə azaldılıb, təsnifatın bəzi xərc bölmələri genişləndirilib, bir sıra köməkçi bölmələrin strukturu dəyişdirilib. Büdcə xərclərinin iqtisadi təsnifatı yenidən işlənilərək bölmələrin sayı 11-dən 10-a azaldılıb.
«Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq 2020-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin bu təsnifata uyğun tərtib edilməsi məqsədilə onun tətbiqinə 2019-cu ildən başlanılacaq. Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün seminar müşavirə və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, vahid büdcə təsnifatının elektron və kağız daşıyıcılarda dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə orqanlarına göndərilməsi təmin ediləcək".
Azvision
Teqlər: Büdcə