Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən
AzVision.az-a bildiriblər ki, Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə altı il müddətinə azadlıqdan məhrum edilmiş Mahmudov Qılman Rüfət oğlunun həbs edilməmişdən əvvəl yaşadığı Zaqatala rayonunun Çardaxlar kəndindəki evin həyətində, ot tayasının altında torpağa basdırılmış tüfəng aşkarlanaraq götürülüb.
Fakt üzrə Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
AzVision.az