Bakıda 500 minlik dələduzluq edən qadın tutuldu - VİDEO
Saxlanılan Fəxrəndə Səfərovanın sözlərinə görə, o, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.
İşin istintaqını aparan müstəntiq Cavid Əhmədov bildirib ki, F. Səfərova təxminən 35 nəfərə qarşı 480 min manatdan çox ziyan vurub. Amma polis zərərçəkənlərin artacağını da istisna etmir. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
AzVision.az