Deputat 10 gün əvvəl verdiyi suala cavab axtarır

Deputat 10 gün əvvəl verdiyi suala cavab axtarır
  08 Oktyabr 2018    Oxunub:1277
“Keçən iclasımızda Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsinə valyutadəyişmə məntəqələri ilə bağlı sual verdik. Üstündən 10 gün keçir, deyilsin görək, bu müddət ərzində nə dəyişiklik, nə yenilik baş verib?”
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında deputat Rüfət Quliyev deyib.

Deputat qaldırdığı məsələnin çox ciddi olduğunu bildirib: “Hər dəfə də həmkarlarım tərəfindən bu məsələ qaldırılır. Biz də bilmək istəyirik ki, bu məsələdə hansı yenilik var, yoxsa, biz elə boş-boşuna danışırıq…”.

Deputat R.Quliyev Milli Məclisin İtiqsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 24-də keçirilən ixclasında bildirmişdi ki, Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MM   İclas   Komitə  





Xəbər lenti