Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun “Qazandağı” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.
Nazirliyin Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Firəddin Kərimov olduğu məlum olub. Faktla bağlı F.Kərimov barəsində protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.