Bakıda evdən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Murad Zamanov saxlanılıb.