Oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini – 9 yaşlı Ayxan Hüseynovu vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə azyaşlı hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.