İcazəsiz balıq ovlayanlar saxlanılıb
Araşdırma zamanı icazəsiz ov edən şəxslərin Şəmkir rayon sakini Elşən Əhmədov və Gəncə şəhər sakini Nüsrət Eminov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri, rezin və taxta qayıq götürülüb.
Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkarlar barəsində ümumilikdə 847 manat məbləğində iddia qaldırılıb. Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
AzVision.az