“Məndən əl çəkin!” - Tanınmış meyxanaçı TV-ləri tənqid etdi

“Məndən əl çəkin!” - Tanınmış meyxanaçı TV-ləri tənqid etdi
  28 Sentyabr 2018    Oxunub:30431
“Mənim hansısa xəstəliyim yoxdur. Səhhətimdə hər şey qaydasındadır. Sadəcə olaraq verilişi yarımçıq tərk etdiyimə görə dedilər ki, guya özümü pis hiss edirəm”
Bunu AzVision.az-a tanınmış meyxanaçı Aydın Xırdalanlı ATV kanalında Nanə Ağamalıyevanın verilişini tərk etməsindən danışarkən deyib. Meyxanaçı bildirib ki, verilişdən getməsinə səbəb qafiyələrin Elza Seyidcahan tərəfindən verilməsi olub.

“Məni verilişə çağıranda dedilər ki, meyxanadan danışacağıq və bir qədər də meyxana deyəcəyik. Gəlib gördüm ki, qutuya qafiyə atıblar. Elə bil ki, yarışdır. Özü də qafiyələri Elza Seyidcahan təklif edib. O, axı meyxanaçı deyil ki, mənə işimi öyrətsin. Mən qafiyə aça bilmirəm ki, Elzanın ümidinə qalım? Dedim, mən belə meyxana deyə bilmərəm. Buna görə də acıq edib verilişi yarımçıq tərk etdim. Yalandan dedilər ki, səhhətimdə problem olub. Soruşdular ki, niyə verilişi tərk edirsən? Nə edim, səviyyəsiz verilişlərdə iştirak edim? Bu dəqiqə kanallarımızda səviyyəli veriliş var ki? Məni meyxanaçı kimi çağırmısansa, sənətimdən anlayışı olmayan adamı niyə qafiyəsin ora qoyursan. Buna görə də verilişlərdə iştirak etmirik”.

Meyxanaçı səhhətinin qaydasında olduğunu və yaradıcılığını davam etdirdiyni deyib: “Səhhətimdə hər şey qaydasındadır. Mənə nə olub ki? Kim deyirsə xəstəliyim var, yalan deyir. Toylara gedirəm, meyxanalar deyirəm. Bir təhər dolanırıq. Mətbuat belə söhbətlərlə bağlı məndən yazmasın. Boş söhbətlər yayanlara deyirəm ki, məndən əl çəkin”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: TV   Meyxana   Aydın-Xırdalanlı  





Xəbər lenti