Keçmiş məhkum qohumunu balta ilə öldürdü

Keçmiş məhkum qohumunu balta ilə öldürdü
  28 Sentyabr 2018    Oxunub:4149
Sentyabrın 27-də Lənkəran rayonunun Vilvan kəndində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Əzimov evində münaqişə zəminində həmkəndlisi olan qohumu Sakit Yusubovun baş nahiyəsinə balta ilə xəsarət yetirib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə S.Yusubov hadisə yerində ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticədə M.Əzimov saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti