Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  27 Sentyabr 2018    Oxunub:3203
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

AzVision.az


Teqlər: Hava   ETSN   Yağış   Leysan  





Xəbər lenti