AzVision.az FHN-ə istinadən xəbər verir ki, Siyəzəndə ümumi sahəsi 144 m2 olan ikimərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.