Bakıda 10-dan çox maşının üzərinə hasar aşıb - FOTO

Bakıda 10-dan çox maşının üzərinə hasar aşıb - FOTO
  24 Sentyabr 2018    Oxunub:4221
Ötən gün Bakıya yağan güclü leysan bir sıra fəsadlar yaradıb.
AzVision.az xəbər verir ki, paytaxtın müxtəlif yerlərində yağış sularının yuduğu hasarlar bir neçə maşının üzərinə aşıb.

Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında hasarın uçması nəticəsində 6 avtomobil əzilib ki, onlardan 4-ü tamamilə yararsız vəziyyətə düşüb.



Yasamal rayonun digər bir ərazisində baş verən hasar uçqunu nəticəsində isə 3 avtomobilə ziyan dəyib.



Nəsimi rayonu, 3-cü mikrorayon adlanan ərazidə də daş hasar maşının üzərinə aşıb. Hadisə Alı Mustafayev küçəsində baş verib. Nəticədə "Priora" markalı avtomobilə ciddi ziyan dəyib.



Bundan başqa paytaxtın İzmir küçəsində hasar maşının üzərinə düşüb. Ümumilikdə ötən gün 10-dan çox avtomobil üzərinə hasar aşması nəticəsində yararsız vəziyyətə düşüb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bakı   Hasar   Avtomobil  





Xəbər lenti