Polislər uşağı oyuncaq avtomat üstündə güllədi

Polislər uşağı oyuncaq avtomat üstündə güllədi
  24 Oktyabr 2013    Oxunub:1113
ABŞ-da 13 yaşlı uşağın əlindəki oyuncaq avtomatı odlu silaha oxşadan polislər onu güllələyib.
Polis səhlənkarlığının qurbanına çevrilən uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Santa Rosa şəhər polisinin verdiyi məlumata görə, azyaşlının əlindəki oyuncaq əsl silaha çox oxşayıb. Rəsmilər öldürülən uşağın adını açıqlamasa da, atası qurbanın adının Endi Lopes olduğunu mediyaya bildirib.

Uşağı hansı polisin vurduğu da açıqlanmır. Qeyd edək ki, hadisədən bir gün qabaq 12 yaşlı məktəbli öz müəllimini odlu silahla qətlə yetirdiyindən, polis Endi Lopesin da oxşar addımı atacağını düşünürək, onu zərərsizləşdirmək qərarına gəlib.


Teqlər:





Xəbər lenti