AzVision.azAzərTAc-a istinadən xəbər verir ki, Münxen Yəhudi İcmasının arxivində məktubun Nobel mükafatı laureatının şəxsən özü tərəfindən kopirka ilə çıxarılmış surəti aşkarlanıb. Məktubun surəti 1961-ci ildə Y.Hirşin ölümündən sonra nekroloqu dərc edilən qəzet parçalarının arasında tapılıb. Məktubun Münxendə tapılan surəti, ehtimal ki, Eynşteyndə qalıbmış. Onun Münxen arxivinə necə düşməsini hələ ki, aydınlaşdırmaq mümkün olmayıb. 1933-cü ildə millətçi–sosialistlərin hakimiyyətə gəlişindən sonra Yulius Hirş (1882-1961) Danimarkaya mühacirət edib, daha sonra 1941-ci ildə ABŞ-a köçüb.
1952-ci ildə Y.Hirşin 70 illiyi ilə əlaqədar o, mühacir həyatına qədər müəllimlik etdiyi Berlin Azad Universitetinin fəxri doktoru adına layiq görülüb.
AzVision.az