Qətərdəki səfirimiz Sərmayə Qurumunda görüş keçirib
Şeyx Abdulaziz ölkəmizə dəfələrlə səfər etdiyini, bir sıra dövlət və özəl qurumlarda görüşlər keçirdiyini və bu fövqdə Qətər Dövlətinin xarici sərmayə siyasətində Azərbaycanın da yer aldığını qeyd edib. O, hazırda Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə əməkdaşlıq etdiklərini və ölkəmizdə həyata keçirilən sərmayə layihələrinin QİA tərəfindən öyrənilməsinə maraq göstərdiyini bildirib.
Məlumat üçün bildirək ki, QİA aktivlərinə görə dünyanın ən iri suveren fondlarından biridir və aktivləri 400 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Hazırda bir çox Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada (təqribən 40 milyard ABŞ dolları), Almaniya və Fransada (hər birində təqribən 10 milyard ABŞ dolları) və digər ölkələrdə qurumun sərmayələri mövcuddur. “Volkswagen Group”, “Porsche”, “Hochtieft” (17%-lik səhm), “Lagardère” (12%) “Total” (4%), “EADS” (6%), “Technip”, “Air Liquide”, “Vinci SA” (5%), “GDF”, “Suez”, “Veolia” (5%), “Vivendi Royal”, “Monceau”, “France Telecom” və s. kimi şirkətlərdə qurumun səhmləri mövcuddur. Şirkət portfel sərmayələrlə yanaşı, birbaşa sərmayələrə də maraq göstərir.
AzVision.az
Teqlər: Qətər Azərbaycan