Ölkədə tütün və içki istehsalı artıb

Ölkədə tütün və içki istehsalı artıb
  24 Avqust 2018    Oxunub:5411
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin ilk yeddi ayında ölkədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında 9 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə qida məhsullarının istehsalı isə 2,4 faiz azalıb. Bu sahələrin əsas məhsullarından cem və marmeladların istehsalı 1,1 faiz, brendi (konyak) istehsalı 4,8 dəfə, üzüm şərabının istehsalı 34,4 faiz, alkoqolsuz içkilərin istehsalı 20 faiz artıb.

Bununla yanaşı, kolbasa məmulatlarının istehsalı 0,9 faiz, duru bitki yağlarının 12,2 faiz, qənd və şəkər tozu istehsalı isə 52,2 faiz azalıb.

AzVision.az


Teqlər: Statistika   İçki   Tütün  





Xəbər lenti