Azərbaycan neftinin qiyməti 75,5 dolları ötüb
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 74,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,75 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 22-də 70,76 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 22-də 73,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.
AzVision.az