Tikinti materiallarının istehsalı artıb

Tikinti materiallarının istehsalı artıb
  23 Avqust 2018    Oxunub:6526
Cari ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 31,7 faiz artaraq 322,8 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, hesabat dövründə hörmə üçün hazır beton qarışığının istehsalı 2,2 dəfə, tikinti əhənginin istehsalı 27,3 faiz, sementin istehsalı 21,6 faiz artıb.

Tikinti kərpicinin istehsalı 4 faiz, tikinti gipsinin istehsalı 43,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 58,9 faiz azalıb.

AzVision.az


Teqlər: DSK   Tikinti  





Xəbər lenti