"Builki zəvvarlar daha sağlamdırlar" - Allahşükür Paşazadə
AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
Qurban bayramı ilə əlaqədar qılınan bayram namazı ilə bağlı danışan şeyxülislam əlavə edib ki, bayram namazında torpaqlarımızın tezliklə işğaldan azad olunması, Vətən torpağını qoruyanlar, dünyadan gedənlər, bu məsciddə namaz qılan alim-üləmalar üçün dualar edilib:
"Bundan əlavə, həm də ümummilli lider Heydər Əliyevi ehtiramla andıq. Allah Qurban bayramını bizə ona görə nəsib edib ki, dünyada insan qurbanı kəsilməsin, insan qırğını olmasın. Biz dua etdik ki, dünyada müharibələr olmasın. Biz ümumən bütün Azərbaycan dövləti, vətənimiz, Azərbaycan xalqı üçün dualar etdik. İnşallah, Allah dualarımızı qəbul edəcək".
Qeyd edək ki, 22-23 avqust tarixlərində Azərbaycanda Qurban bayram qeyd olunur.
AzVision.az
Teqlər: Qurban-bayramı