“Azəri-Çıraq-Günəşli”dən əldə edilən gəlir açıqlanıb

  13 Avqust 2018    Oxunub : 1721
“Azəri-Çıraq-Günəşli”dən əldə edilən gəlir açıqlanıb
“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə 2001-ci ildən bu il avqustun 1-dək əldə olunan ümumi gəlirlər 134 107 mln. dollar olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun məlumatında bildirilib.

Qeyd olunub ki, bu il AÇG yatağından 5 621 mln. dollar gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2018 - 01.08.2018 tarixinə) 94 mln. dollar olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 506 mln. dollar (01.08.2018 tarixinə) təşkil edib.

AzVision.az

Teqlər: AÇG   ARDNF