Yarım ildə xarici ticarət dövriyyəsi 14,6 milyard dollar olub
Hesabat dövründə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,7 faiz, real ifadədə isə 2,6 faiz, o cümlədən ixrac 2,1 faiz, idxal 3,7 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22 faizini İtaliyaya, 8,2 faizini İsrailə, 7,5 faizini Türkiyəyə, 5,9 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,4 faizini Hindistana, hər biri 4 faiz olmaqla Kanada, Rusiya və Çexiyaya, 3,8 faizini Almaniyaya, 3,7 faizini Portuqaliyaya, 3,2 faizini Gürcüstana, 2,9 faizini ABŞ-a, 2,6 faizini Fransaya, qalan 18,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 16,3 faizi Türkiyə, 10,4 faizi Çin, 7,3 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 2,9 faizi İran, 2,5 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
AzVision.az