Sığorta lisenziya üçün attestasiya keçiriləcək

Sığorta lisenziya üçün attestasiya keçiriləcək
  09 Avqust 2018    Oxunub:7026
Maliyyə Bazarlarına Nəzarət Palatası avqustun 10-14-də sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər üçün attestasiya keçirəcək.
AzVision.az Palataya istinadən xəbər verir ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər və sığortaçıda rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

AzVision.az


Teqlər: MBNP  





Xəbər lenti