Bir nəfər dənizdə boğulub, 2-si xilas olunub

Bir nəfər dənizdə boğulub, 2-si xilas olunub
  27 İyul 2018    Oxunub:5886
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6000 metr aralı, nəzarətsiz ərazi) 3 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 2 nəfəri xilas edib və 1977-ci il təvəllüdlü Zərbəliyev Azər Allahverdi oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti