“Gənclərin Poeziya Müsabiqəsi” başlayıb

“Gənclərin Poeziya Müsabiqəsi” başlayıb
  17 Oktyabr 2013    Oxunub:1018
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Gənclərin Poeziya Müsabiqəsi” layihəsinə start verilib.
AzVision.az xəbər verir ki, layihənin əsas məqsədi məhz ana dilinə sevgi hissinin artırılmasına yardımçı olmaqdır.

Layihənin qrafikinə əsasən oktyabrın 21-dən noyabrın 10-dək Müsabiqədə iştrak etmək istəyən gənclərin müraciətlərinə baxılaraq ilkin seçim keçiriləcək. Noyabr ayının 15-dən dekabrın 5-dək iştrakçılarla müxtəlif yönümlü tədbirlər keçiriləcək və dekabrın 10-dan 15-dək müsabiqənin ikinci seçim turu olacaq. Bu turda ən yüksək bal toplayan 12 gənc iştrakçı diplomlarla təltif edilməklə dekabrın sonunda keçiriləcək “Biz fəxr edirik ki, Azərbaycanliyiq” musiqili-bədii axşamda çıxış etmək hüququ qazanacaqlar.

Fatimə


Teqlər:





Xəbər lenti