Qəbiristanlıqdan oğurluq edənlər tutulub

Qəbiristanlıqdan oğurluq edənlər tutulub
  01 İyul 2018    Oxunub:880
İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.

AzVision.az


Teqlər: Oğurluq  





Xəbər lenti