Zakir Həsənov jurnalistləri təltif edib

  30 İyun 2018    Oxunub : 912
Zakir Həsənov jurnalistləri təltif edib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir qrup jurnalisti fəxri fərmanla təltif edib.
AzVision.az xəbər verir ki, bu gün müdafiə nazirinin müavini, general-leytenant Kərəm Vəliyev təltif olunan media təmsilçiləri ilə görüşüb.

Respublikada həyata keçirilən ordu quruculuğunun təbliğində fəal iştirakına və Müdafiə Nazirliyi ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə müdafiə naziri Zakir Həsənov tərəfindən təltif olunan media təmsilçilərinə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, Z. Həsənov tərəfindən təltif olunan media təmsilçiləri arasında AzVision.az saytının əməkdaşı da var.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi   Jurnalist   Təltif