XİN rəsmisi yeni səfiri qəbul edib

XİN rəsmisi yeni səfiri qəbul edib
  14 Oktyabr 2013    Oxunub:802
Nazir Elmar Məmmədyarov Braziliyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 14 oktyabr tarixində nazir Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Santyaqo Alsazarı qəbul edib.

Nazir Elmar Məmmədyarov Santyaqo Alsazarı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə son illər iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunmuş və mövcud əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Braziliyalı səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə edib.


Teqlər:





Xəbər lenti