Bakı dəmir yolu stansiyasında cinayət

Bakı dəmir yolu stansiyasında cinayət
  26 İyun 2018    Oxunub:1276
Bakıda dəmiryolu vağzalında oğurluq baş verib.
AzVision.az-ın DİN-in saytına istinadən məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 22-də Bakı dəmir yolu stansiyasının ərazisində Gəncə şəhər sakini Y.Mirzəyevin içərisində 1040 manat pul və təqaüd kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Polad Rzayev saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti