Saxta dollar satmaq istəyənlər tutulub

Saxta dollar satmaq istəyənlər tutulub
  26 İyun 2018    Oxunub:2464
İyunun 25-də saat 21.40-da Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəliblər.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müəyyən edilib ki, banka gəlmiş 2 nəfər oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.

Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti