“KamAZ” 4 yaşlı uşağı və anasını vurub

“KamAZ” 4 yaşlı uşağı və anasını vurub
  25 İyun 2018    Oxunub:1315
Salyanda “KamAZ” 4 yaşlı uşağı və ananı vurması nəticəsində azyaşlı həlak olub.
Hadisə rayonun Boranıkənd kəndində qeydə alınıb. Dörd yaşlı Əli Məmmədov “KamAZ”ın kabinəsindən düşərək hərəkətdə olan maşının qabağına qaçıb. Bu zaman uşağın anası Günel Məmmədova onu tutmaq üçün yük maşının qarşısına çıxıb.

Nəticədə ana və oğlu “KamAZ”ın altında qalıblar. Hadisə nəticəsində uşaq ölüb. Ağır bədən xəsarəti alan G.Məmmədova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (AzərTAc)

AzVision.az


Teqlər: Salyan   Qəza   Kamaz  





Xəbər lenti