Poroşenko Putindən xahiş etdi: "Görüşə icazə verin!"

Poroşenko Putindən xahiş etdi: "Görüşə icazə verin!"
  21 İyun 2018    Oxunub:2701
Bu gün Rusiya prezidenti Vladimir Putin Ukraynalı həmkarı Pyotr Poroşenko ilə telefonla əlaqə saxlayaarq, bir sıra məsələlər barədə danışıq aparıb.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, hər iki ölkənin liderləri Donbassdakı münaqişənin nizamlanması və Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə ediblər.

Telefon söhbətində “Normand formatı” çərçivəsində işlərin daha da aktivləşdirilməsinin vacibliyi də vurğulanıb.

Həmçinin, Poroşenko Putindən xahiş edib ki, Ukrayna ombudsmanı Lyudmila Denisovanın rejissor Oleq Sentsov və digər ukraynalı məhbus və əsirlərlə görüşünə icazə versin.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   Donbass  





Xəbər lenti