Dünyanın gözlədiyi görüş baş tutdu - VİDEO+FOTO

Dünyanın gözlədiyi görüş baş tutdu - VİDEO+FOTO
  12 İyun 2018    Oxunub:4186
Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında tarixi zirvə görüşü keçirilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar Sentosa adasındakı “Kapella” hotelində aparılıb. Tramp Kim Çen Inla təkbətək görüşün yaxşı keçdiyini bildirib. ABŞ prezidenti qısa açıqlamasında böyük problemlərinin həllinə nail olacaqlarını deyib.



Daha sonra Tramp və Kim Çen In arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə ABŞ tərəfdən dövlət katibi Mayk Pompeo, prezident administrasiyasının rəhbəri Con Kelli və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton, KXDR tərəfdən isə Fəhlə Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yonq-çol, partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Ri Su-yonq və xarici işlər naziri Ri Yon-ho iştirak ediblər.



Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.



AzVision.az


Teqlər: Tramp   Kim-Çen-In  





Xəbər lenti