Paşinyan seçki sistemini dəyişmək istəyir - Proqram təsdiqləndi

Paşinyan seçki sistemini dəyişmək istəyir - Proqram təsdiqləndi
  01 İyun 2018    Oxunub:1237
Ermənistanın nazirlər kabinetinin bu gün keçirilən iclasında hökumətin yeni proqramı təsdiq olunub.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, hökumətin pqroqramı baxılması üçün 7 iyunda parlamentə təqdim olunacaq.

Paşinyan hökumətinin proqramına növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı bənd də salınıb. Sənəddə bu kontekstdə, seçki məcəlləsinə dəyişiklik etməklə majoritar seçki sistemindən imtinanın mümkünlüyü nəzərdə tutulub.

Qeyd edək ki, Ermənistan konstitusiyasına uyğun olaraq, baş nazir seçildikdən sonrakı 5 gün ərzində Paşinyan ölkə prezidentinə müavinlərinin və nazirlərin namizədliyini təklif etməlidir. Hökumət formalaşdıqdan sonra isə 20 gün müddətində ölkə parlamentinə nazirlər kabinetinin proqramı təqdim olunmalıdır. Parlament isə öz növbəsində 7 gün ərzində hökumətin proqramını təsdiq etməlidir. Əks təqdirdə, qanunverici orqan avtomatik buraxılacaq.

Xatırladaq ki, Paşinyanın “Vətəndaş müqaviləsi” ilə yanaşı parlamentdəki digər partiyalar da son illər seçki məcəlləsinin dəyişdirilməsinə çalışırlar. Əsas tələb deputatların majoritar yox, proporsional qaydada seçilməsidir. Çünki yalnız bununla parlamentdəki azlıqlar Respublika partiyasının mütləq çoxluq qazamasının qarşısını ala bilərlər. Lakin seçki qanunvericiliyində dəyişiklik edilməsinin əleyhinə olan Respublikaçılar partiyası bu məsələnin müzakirəyə çıxarılmasına şərait yaratmırdı. Son günlər Respublikaçılar partiyasından olan bir sıra deputatların istefaları isə onu deməyə əsas verir ki, Paşinyan və onunla müttəfiq olan patiyalarının seçki məcəlləsinə dəyişiklik edilmədən də parlamentdə lazımi çoxluğu qazanma şansları var.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   Hökunət  





Xəbər lenti