Qızıl bahalaşır

  10 Oktyabr 2013    Oxunub : 510
Qızıl bahalaşır
ABŞ-da yaşanan büdcə gərginliyinin fonunda qızıl bahalaşmaqdadır. Sarı metalın bir unsiyasının qiyməti 1300 dolların üzərində qərarlaşıb.
Bu ilin əvvəlindən qızıl 21 faiz düşmüşdü. Buna səbəb Federal Ehtiyatlar Sisteminin bondların alışı proqramını ixtisar edəcəyinə olan gözləntilər idi. Hazırda bu proqrama aylıq $85 milyard xərclənir.

Amma artıq qızıl yüksəliş dinamikası nümayiş etdirməyə başlayıb. Əgər 1300 dolların üzərində qalarsa, artımın davam edəcəyi proqnozlaşdırılır. Yox, bundan aşağı enərsə, ekspertlərə görə, qızıl $1200-ə qədər düşə bilər.

Şahanə RƏHİMLİ

Teqlər: