Rəsmi Bakıdan Paşinyanın Qarabağ bəyanatına cavab

Rəsmi Bakıdan Paşinyanın Qarabağ bəyanatına cavab
  09 May 2018    Oxunub:2038
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilkin bəyanatları cavabdan çox suallar doğurur və anlaşılmır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN rəsmisi bildirib: "Bu nədir? Sadəlövhlük, predmeti bilməzlik, qalibin qürrələnməsi və ya bütün bunların hamısı birlikdə?! Yaşayarıq, görərik. Hər halda, prosesin başlanğıcında Azərbaycan deyirdi ki, Ermənistanda hakimiyyətə sağlam düşüncəli, regionda formalaşan vəziyyəti ayıq qiymətləndirə və münaqişənin nizamlanması üzrə Ermənistan və erməni xalqı üçün həyati əhəmiyyətli qərar qəbul edə biləcək güclərin gəlişinə ümid edir".

Xatırladaq ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu deyib. Paşinyan deyib ki, Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir. Təbii ki, Paşinyanın şərti qəbuledilməz və absurddur.

AzVision.az


Teqlər: XİN   Paşinyan  





Xəbər lenti