Keçmiş məhkum, saqqallı baş nazir - Paşinyanın dosyesi
Ermənistanın yeni baş nazirinin tərcümeyi-halına nəzər salaq:
Nikol Vova oğlu Paşinyan 1975-ci il iyunun 1-də İcevanda anadan olub. 1991-də İrəvan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Amma siyasi baxışlarına görə son kursda universitetdən qovulub. Paşinyan siyasi fəaliyyətlə yanaşı, həm də jurnalist kimi özünü sınayıb.
Belə ki, o, 1990-cı illərin ortalarından Ermənistanın müxtəlf KİV-lərində işləyib.
(1993-1994) – “Dprutyun” qəzetinin müxbiri
(1994-1997) – “Lragir”, “Lragir-or”, “Molorak” qəzetlərinin müxbiri
(1995-1997) – “Molorak” qəzetinin əlavəsi “Em-Es-e”-nin redaktoru
( 1998-1999) – “Oragir” qəzetinin təsisçisi və baş redaktoru
1999-dan isə “Aykakan jamanak” (“Ermənistan zamanı”) qəzetinin baş redaktoru olub.
Paşinyan keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Koçaryanın tənqidçilərindən olub. O, "Oragir" qəzetindəki məqalələrinə görə, 1999-cu ildə cinayət və hərbi istintaqa cəlb edilib.
Həmçinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan tərəfdarlarının prezidentə qarşı təşkil etdiyi etirazlara qatılıb. Etirazlardan sonra Paşinyan axtarışa verilib. O, bir il dörd ay ərzində hüquq-mühafizə orqanlarından gizlənib. 2009-cu ilin iyulunda həbsə alınıb. Paşinyan kütləvi iğtişaşların təşkilində ittiham ediərək 2010-cu ilin yanvarında yeddi il müddətində həbs olunub. 2011-in yanvarında isə əfvə düşərək azadlığa buraxılıb.
Azadlığa çıxan Paşinyan 2012-ci və 2017-ci illərdə millət vəkili seçilib. 2016-cı ildən “Yelk” partiyasının üzvüdür. O, deputat fəaliyyəti dövründə Sarkisyan hakimiyyətinin tənqidçisi olub.
Paşinyan evlidir, üç övladı var.
AzVision.az
Teqlər: Paşinyan Ermənistan