Getməyən Sarkisyan, gələ bilməyən Paşinyan – KATİKATURALAR

  02 May 2018    Oxunub : 3166
Getməyən Sarkisyan, gələ bilməyən Paşinyan – KATİKATURALAR
Ermənistanda baş verən hadisələrin “siyasi çevriliş” yox, hansısa mürəkkəb və hiyləgər bir oyun olduğu getdikcə daha aşkar görünür.
Sarkisyanın asanlıqla hakimiyyətdən əl çəkməsi əvvəlcədən inandırıcı görünmürdü. Hazırda vəziyyət belədir ki, Sarkisyan getsə də, getməyib; Paşinyan qalib gəlsə də, hakimiyyətə gələ bilmir. Ölkədə qəribə bir pat vəziyyəti yaranıb. Hadisələrin inkişafı o qədər çoxtərəflidir ki, sonrakı gedişatı birmənalı proqnozlaşdırmaq da mümkün olmur.

Hələ ki, az-çox əminliklə ancaq bir şeyi söyləmək olar: Sarkisyanın gedişi sadəcə gediş deyildi, hansısa mürəkkəb kombinasiyanın ilk addımı idi...



Teqlər: Paşinyan   Sarkisyan   Ermənistan