Paşinyan amerikalılarla danışıqlara başladı

Paşinyan amerikalılarla danışıqlara başladı
  30 Aprel 2018    Oxunub:1877
Ermənistanda müxalifət lideri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçellə ölkədaxili vəziyyəti müzakirə edib.

AzVision.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçellə telefonla danışdım. Ermənistandakı vəziyyətin qanuni və dinc yolla nizamlanması məsələlərini müzakirə etdik”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, bir qədər öncə isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel arasında telefon danışığı olub. Tərəflər Ermənistandakı mövcud daxili siyasi vəziyyəti müzakirə ediblər. Bildirilib ki, daxili siyasi böhran ölkənin konstitusiyası çərçivəsində öz həllini tapmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Ermənistan  





Xəbər lenti