Gerasimov Bakıya gəldi - NATO baş komandanı ilə görüşəcək

  19 Aprel 2018    Oxunub : 1951
Gerasimov Bakıya gəldi - NATO baş komandanı ilə görüşəcək
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə görüşəcək.

Məlumata əsasən, görüşdə tərəflər NATO və Rusiyanın Avropa regionundakı fəaliyyətini, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Gerasimov Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə də görüşəcək.

Qeyd edək ki, bu ilin yanvarında nüfuzlu "BuzzFeed" saytı ABŞAvropa İttifaqındakı anonim mənbələrə istinadən NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı K. Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi V. Gerasimovun Bakıda görüşəcəyi barədə məlumat yaymışdı.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Rusiya   NATO   Gerasimov   Bakı