Mütəllibovla Abdulatipovun prezidentə dəstəklərinin pərdəarxası

Mütəllibovla Abdulatipovun prezidentə dəstəklərinin pərdəarxası
  04 Oktyabr 2013    Oxunub:1921
Sahib Alıyev
Xüsusi olaraq AzVision.az üçün

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla Dağıstanın indiki başçısı Ramazan Abdulatipov oktyabrın 9-da keçiriləcək seçkidə İlham Əliyevin qələbə çalmasını istədiklərini deyirlər. Burada “istədiklərini deyirlər” sözlərinin yerinə “istəyirlər” yazar, bununla da cümləni mürəkkəbləşdirməzdik. Fəqət bəzən sadə həqiqəti mürəkkəb cümlələr qurmaqla çatdırmalı olursan.


İndiki halda sadə həqiqət nədir? Öncə ondan başlayaq ki, Mütəllibov Azərbaycanda həmişə Moskvaya bağlı adam kimi tanınıb, Abdulatipov isə əgər indi Dağıstana rəhbərlik edirsə, aydındır ki, Kreml belə istəyir. Yəni yüzdə- yüz Moskvanın adamıdır. Ona görə də ilk baxışda belə təsəvvür yarana bilər ki, onlar hər ikisi, eyni zaman da “İlham Əliyev ləyaqətli xalqın ən layiqli seçimidir” deyən başqa biri, yəni adını çəkmək istəmədiyim üçüncü adam kremldəkilərin tapşırığı ilə belə danışırlar. Onlardan ikisi Moskvadan belə bir tapşırıq oldu ya olmadı, hər halda, hazırda orada dəyişən daha dəqiqi dəyişdirilən konyukturadan xəbardardılar. O üzdən də prezident İlham Əliyevə açıq dəstək sərgiləyirlər.

Və açığını da deyək ki, hər ikisinin, yəni Abdullatipovla adını çəkmədiyim adamın dövlətimizin başçısının onların bu dəstəklərini nəzərə almalarına duyduqları ehtiyac, prezidenin onların dəstəyinə duyduğu ehtiyacdan qat-qat çoxdur. Ən müxtəlif qurumların apardığı sorğulardan da göründüyü kimi reytinqi 80%-in üzərində olan İlham Əliyevin onların dəstəyinə əslində heç yerli- dibli ehtiyacı yoxdur və belə bir dəstəyin indi sərgilənməsi bir tərəfdən acı təbəssüm, digər tərəfdən isə sual doğurur. Özəlliklə də Abdulatipovunku. Hansı sual, ona qayıdacam. Amma öncə bir-iki kəlmə Mütəllibovun oktyabrın 9-da keçiriləcək secki ilə bağlı açıqlamasının üzərində dayanmaq istərdim.

Öncə onu deyək ki, Mütəllibov bu zaman Abdulatipov və yaxud da bir başqası kimi lider qismində çıxış etmir. Sadəcə, saytlardan birinin “səsverməyə gedəcəksinizmi” sualını cavablandırarkən öz vətəndaş mövqeyini bildirir. Baxın Mütəllibov nə deyir: “Mən güclü Azərbaycana səs verəcəyəm. Çünki ötən əsrdə 80-lərin sonu 90-cı illərin əvvəllərində yenidənqurma ilə birgə gələn demokratik yeniliklər fəlakət və qana yol açdı, insanların yaddaşında mənfi iz buraxdı. Ona görə də bizim xalqımız heç zaman öz taleyini avantüristlərə etibar etməyəcək. İndi də mən görəndə ki, bizim ölkəmiz üçün böyük məsuliyyət daşıyan dövlət başçısının ünvanına necə çirkab axıdırlar , bu adamların bu müddətdə heç nə öyrənmədiklərini anlayıram”.

Verdiyi cavabdan da göründüyü kimi, Mütəllibov bu seçkidə ad çəkmədən prezident İlham Əliyevi dəstəkləyəcəyini deyir. Bu bir vətəndaş seçimidir. Özü də Azərbaycan kimi bir ölkəyə rəhbərlik etməyin nə olduğunu və ona hər çiyinin tab gətirmədiyini yaxşı bilən, onu yaşayan bir vətəndaşın seçimidir. Hiss olunur ki, bu seçimi Mütəllibova diqtə etdirən keçmişin acı təcrübəsi və özünün dediyi kimi güclü Azərbaycanda rahat yaşamaq istəyidir. Bir sözlə, o, açıqlamasında səmimidir və bu bir vətəndaş mövqeyidir.

Abdulatipova gəldikdə, birincisi Azərbaycan vətəndaşı və azərbaycanlı olmayan, başqa bir ölkənin dövlət məmurunun burada yaşayanları kiməsə səs verməyə çağırmasının özü düzgün deyil. İkincisi, Azərbaycanda yaşayan dağıstanlılar hər şeyi gözəl görür və bilirlər. Bilirlər ki, buradakı əmin-amanlıqdan sərhəddin o tayında əsər-əlamət belə yoxdur. Onlar hər an, hər yerdə terror təhlükəsi mövcud olan Dağıstandakı durumdan da yaxşı xəbərdardırlar, buradakı əmin-amanlığı kimin nə cür yaratmasından və onun necə qorunub saxlanmasından da. Çox ehtimal ki, son on ildə dolanışıqları ardıcıl olaraq yaxşılaşan digər azərbaycanlılar kimi onlar da artıq öz seçimlərini ediblər. Bununla bağlı Abdullatipovun nə çağırışı, nə də məsləhətinə ehtiyacları yoxdur. Prezident İlham Əliyevin onun dəstəyinə ehtiyacı olmadığı kimi.

Ola da bilər ki, Abdulatipov burada yaşayan dağıstanlıları kiməsə səs verməyə çağırmaq haqda bir neçə ay bundan qabaq hardansa tapşırıq alıbmış. Alıbmışsa, yəqin bundan rəsmi Bakının da xəbardar olduğunu bilir və hazırkı açıqlaması ilə üzürxahlıq etmək fikrinə düşüb.

Amma necə deyərlər keçmiş keçmişdə qalıb. Yaxşı olardı ki, cənab Abdualtipov öz lderlik keyfiyyətini Dağıstanda əmin-amanlığın yaradılmasına yönəltsin. Təxmin etmək olar ki, Dağıstan liderinin indiyədək hansı mövqe tutmasından asılı olmayaraq bu yolda prezident İlham Əliyev ona öz yardımını göstərcək. Çeçenistan Prezidenti Ramzan Kadırovun təbirincə desək böyük qardaşlığını edəcək. Çünki o, Böyük Azərbaycanın Böyük Lideridir. Əsl Dövlət Xadimidir.

Bütün Qafqazda əmin-amanlıq olmasını istəyən, bunun reallaşması üçün regiondakı digər liderlərdən öz təcrübə və məsləhətlərini əsirgəməyən Heydər Əliyevin oğludur. Azərbaycanın hazırki lideri isə təcrübə və məsləhətlə yanaşı Qafqazın o tayındakılara yatırımlarla da yardım etmək qüdrətindədir. Və edir də. Çünki böyüklərin ürəyi geniş olur və düşünəndə də böyük düşünürlər.


Teqlər:  





Xəbər lenti