Global Post Qarabağdan yazdı
Qəzet Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevdən sitat gətirir. A.Mehdiyev bildirib ki, qonşu Ermənistan Suriyadan olan erməniləri Azərbaycanın işğal edilmiş ərazilərinə köçürməklə çox təhlükəli bir proses başlanıb. Ermənistan hakimiyyət orqanları Suriyadan erməni mənşəli 10 min qaçqını qəbul etdiklərini bildiriblər.
Qəzet yazır ki, Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda erməni separatçıları tərəfindən Azərbaycana qarşı başlanmış müharibədə 30 min insan həyatını itirib. BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Qarabağ regionunun azərbaycanlı əhalisi doğma yurdlarından qovulub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Məclisində çıxış edərək suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi barədə məsələ qaldırıb. Nazir: “Suriya ermənilərinin köçürülməsi Ermənistanın Azərbaycan ərazilərini məqsədyönlü şəkildə ilhaq etməsinə daha bir sübutdur” deyə bildirib.
Teqlər: