9-cu debatdan maraqlı məqamlar

9-cu debatdan maraqlı məqamlar
  03 Oktyabr 2013    Oxunub:1456
İTV-də prezidentliyə namizədlərin 9-cu debatı başlayıb. İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov Cəmil Həsənlinin ciddi siyasi platforma əvəzinə həmişə şeir deməsinə toxunaraq bildirib ki, `Alimdirsə, niyə elmlə bağlı heç nə demir?`
O, bildirib ki, `Əgər şeir deməklə Qarabağı qaytarmaq mümkün olsaydı, Azərbaycanın bütün yazıçı-şairləri sərhəddə düzülərdi`.

***

Hafiz Hacıyev deyib ki, AXC hakimiyyəti vaxtı Əli Kərimli və İsa Qəmbər Azərbaycana verilən 100 ədəd `Mercedes` avtobusu satıb, Fransada erməni Qriqorianla birlikdə otel açıblar.

***

Fərəc Quliyev Milli Şuranı tənqid edərək, onun xaricdəki qüvvələrə bağlı olduğunu deyib, vaxtilə Müsavatın Elçibəy hökumətini parçaladığını deyib. Və bildirb ki, xalq belə məsələlərdə ehtiyatlı olmalıdır: `Baxmalıyıq ki, hansı zehniyyəti hakimiyyət başına gətiririk`.

***

Araz Əlizadə Milli Şura tərəfdarlarının, xüsusilə də gənclərin əxlaqsız olduğunu, `internetdə ana-bacı söyüşü söydüklərini` bildirib.
`Deyirsən ki, mandatlar satılır. Sən öz mandatını kimdən almışdın?`,- deyə o, Həsənlidən soruşub.

***

Qüdrət Həsənquliyev Cəmil Həsənliyə işarə ilə deyib ki, `bu seçkiyə qisas üçün qatılan insanlar var`. O, Həsənlinin deputat olarkən indi dediyi qüsurların heç biri haqqında niyə danışmadığını soruşub. Və izah edib ki, onun dediyi `kredit amnistiyası` əslində bolşevik çağırışıdır.

***

Zahid Oruc soruşub ki, əgər Milli Şura bütünlüklə hakimiyyətin siyasətinə qarşıdırsa, onda atəşkəsə, neft müqavilələrinə münasibəti necədir? O, bildirib ki, Milli Şuranın özəlləşdirməyə təzədən baxmaq vədi insanların əmlakının əlindən alınması demək olacaq.

***

Hafiz Hacıyev Əli Kərimlinin şəklini göstərərək deyib ki, `Burada donuz altı təmizləyir, mən nə deyirəmsə, faktla deyirəm`.

***

Zahid Oruc Cəmil Həsənlinin `Niyə İlham Əiyev mənimlə debata gəlmir` sualına cavab verərək bildirib ki, `Əgər İlham Əliyev bu studiyaya gəlsə, ona birinci Cəmil Həsənli təzim edəcək. Əvvəllər etdiyi kimi`.



Teqlər:  





Xəbər lenti