Jurnalist xanımına pul `atan`şəxs danışdı

Jurnalist xanımına pul `atan`şəxs danışdı
  03 Oktyabr 2013    Oxunub:1145
Dələduzluqda şübhəli bilinən Amid Qurbanov saxlanılıb. O, tanınmış hüquqşünas Zülfiyə Bayramovanın etibarından sui istifadə edərək onun 18 min 500 ABŞ dollarını mənimsəyib.


Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, aldığı pulun müqabilində Amid Zilfiyyə üçün Gürcüstandan avtombil gətirməli olub. Pul avqust ayında verilsə də, avtombil bu günə qədər gəlib çıxmayıb. Saxlanaraq istintaqa cəlb edilən Amid Qurbanov zərərçəkmiş tərəfindən şərləndiyini deyib:

“Zülfiyəni 1 ilə yaxındır ki, tanıyıram. Onu ziyafət məclislərinin birindən tanımışam. Zülfiyyənin sürdüyü maşın mənimdir. Amma o, ərini aldaıb ki, guya maşın özünə məxsusdur. İndi məni şərləyir ki, ona borcum var. Gətirsin maşınımı qoysun cərimə meydançasına, aydınlışdıraq, görək nə məsələdir”.

Faktla bağlı Yasmal RPİ-də CM-ni 178.3.2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə başlayanıb.

Qeyd edək ki, tanınmış hüquqşunas Zülfiyyə Bayramova ANS televiziyasında “Günə baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.(publika.az)


Teqlər:





Xəbər lenti