Deputatlar: `Zəlimxan Məmmədli işimizə qarışmasın`

Deputatlar: `Zəlimxan Məmmədli  işimizə qarışmasın`
  03 Oktyabr 2013    Oxunub:1224
Gürcüstan parlamentində azərbaycanlıları təmsil edən deputatlarımız “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini qınayıb.
Hakim partiyadan olan deputat Əli Məmmədov AzVision.az-a açıqlamasında Zəlimxan Məmmədlinin “Azərbaycanlı deputatlar orda gürcü dilində soydaşlarımızın problemlərini qaldırmalıdır. Ancaq təəssüflər olsun ki, bizim deputatlar ya rus dilində danışır, ya da öz dilimizdə danışmağı ayıb bilərək susurlar” sözlərinin yalan olduğunu bildirib. O, bildirib ki, “Borçalı” Cəmiyyətinin sədrinin dedikləri yalandır:
“Yalan söhbətdir. Zəlimxan Məmmədlinin mənim və ya o biri həmkarlarımın yerinə danışmağa nə ixtiyarı var”-deyə, deputat əlavə edib.

Gürcüstan parlamentində təmsil olunan digər deputat Azər Süleymanov da həmkarı kimi Z.Məmmədlini onların işlərinə qarışmamağı tövsiyyə edib: “Mən çox xahiş edirəm ki, Zəlimxan Məmmədli öz yerinə danışsın. “Borçalı” sədri gedib Borçalıda sədr ola bilər. Bizim işlərimizə qarışmasın. Zəlimxan Məmmədliyə yaraşmaz belə sözlər danışmaq”.

Qeyd edək ki, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli modern.az-a açıqlamasında bildirib ki, Gürcüstan parlamentindəki azərbaycanlı deputatlar öz dilimizdə danışmağı ayıb bilirlər.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti