Diş ağrısı niyə gecələr başlayır?

Diş ağrısı niyə gecələr başlayır?
  04 Mart 2013    Oxunub:8611
Çox zaman gecələr başlayan şiddətli diş ağrıları qarşısında çarəsiz qalırıq. Şiddətli ağrıların məhz gecələr baş qaldırmasının səbəbi isə o saatlarda hormonlarda meydana gələn dəyişikliklərdir.
Gecələr başlayan diş ağrılarının çürük dişlərdə gedən iltihab prossesinin başlanması ilə əlaqədar ortaya çıxdığını deyən mütəxəsislər bu prossesin diş sinirləri öldükdən sonra sürətləndiyini vurğulayıb.

İltihab diş kökündən kənara yayılmağa çalışdıqda isə toxumalarda təzyiq və ağrılar başlayır. Şiddətli ağrıların bilavasitə gecələr başlamasına səbəb isə o saatlarda hormonlarda müşahidə edilən dəyişikliklər nəticəsində yaranan damar genişlənməsidir. Kök ucundakı iltihab dişdə qan dövranını pozur və bu pozuntu təzyiqə səbəb olur. Bu təzyiq isə diş daxilindəki sinirlərdə ağrılara yol açır.

Mütəxəssislərin fikrincə, gecələr başlayan diş ağrısına ən yaxşı həll əvvəlcə diş üzərində və dişlərin arasında olan qida qalıqlarının diş fırçası və diş ipi vasitəsilə təmizləmək, yarım stəkan suya yarım çay qaşığı duz əlavə edərək ağzı yaxalamaqdır. İsti iltihabı gücləndirdiyi üçün qətiyyən isti sudan istifadə etmək məsləhət görülmür.



Teqlər:  





Xəbər lenti